Çilavertin həmyerlisi Azərbaycan Premyer Liqasında
13 Avqust 2012 16:00 İdman"Neftçi" klubunun futbolçusu Nikolas Kanales Azərbaycan Premyer Liqasının tarixinə düşüb. Azerisport.az xəbər verir ki, Kanales Azərbaycan çempionatları tarixində ilk çilili futbolçu olub.
2-ci turun "Qarabağ"la oyununda debüt edən legionerə qədər heç bir çilili futbolçu Azərbaycan çempionatlarında çıxış etməmişdi. Kanalesin debütü ilə ölkə birinciliyində təmsil olunan ölkələrin sayı da artıb.
Belə ki, çililiyə qədər 67 ölkə Azərbaycan Premyer Liqasına oyunçu vermişdi. Bunların 6-sı Kanalesin də təmsil etdiyi Cənubi Amerikanın ölkələridir. Çililiyə kimi Argentina, Braziliya, Paraqvay, Boliviya, Kolumbiya və Uruqvaydan olan futbolçular Azərbaycan çempionatlarında çıxış ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31