“Olimpiada 2012” ən təmiz tədbir hesab edildi

Londonda keçirilən "Olimpiada 2012" bu vaxta qədər keçirilən olimpiya oyunlarının ən təmizi hesab edilib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. "OLAYLAR"ın Rusiya KİV-inə istinadən yaydığı məlumata görə, son 16 gündə olimpiya oyunlarının iştirakçılarından dopinq istifadəsində şübhəli bilinməyib. Lakin axırıncı gün yoxlamaları zamanı 11 iştirakçının dopinq istifadə etdiyi aşkarlanıb. Dopinq qəbul edənlər sırasında Rusiyanın məhşur velosipedçisi Viktoriya Baranova da var. Baranova bunu özü də etiraf edib.
Beynəlxalq Olimpia Komitəsi isə məlumat yayıb ki, "Olimpiada-2012"də dopinqlə bağlı 4686 analiz götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31