Azərbaycan güləşçisi London Olimpiadasında bürünc şansını əldən verdi
12 Avqust 2012 19:11 İdmanBu gün Azərbaycanın London Olimpiadasındakı sonuncu iki idmançısı, sərbəst güləşçilər Hetaq Qayzumov və Cabrayıl Həsənov mübarizəyə qoşulublar. Azərbaycan güləşçisi Cəbrayıl Həsənov bürünc uğrunda Kuba təmsilçisi Livan Lopeslə qaşılaşıb.Cəbrayıl ilk yarıda bu rəqibini asanlıqla üstələyib - 3:0. İkinci hissədə isə Kuba idmançısı üstün olub - 0:2. Həlledici hissədə isə 5:1 qalib gələn kubalı Cəbrayılı medalsız qoyub.Qeyd edək ki, Azərbaycan güləşçisi Xetaq Qayzumov bürünc medal qazanmaq şansını hələ qoruyur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31