Cadugərin əməli işə yaradı! Futbol üzrə olimpiya çempionu – Meksika!

Braziliya yenə “qızıl” qazana bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulubDünən yarışın final matçı keçirilib.
Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada Braziliya və Meksika qarşılaşıb. Oyun başlayan kimi meksikalı futbolçu Oribe Peralta hesabı açıb. Bundan sonra hesabı bərabərləşdirməyə çalışan Braziliyanın bütün cəhdləri nəticəsiz aqılb. Əvəzində Oribe Peralta 75-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Braziliyanın qol axtarışları 90+1-ci dəqiqədə nəticə verib. hazırda transfer bazarının ən çox müzakirə olunan futbolçularından biri, "Portu"nun üzvü rəqib qapısına yol tapıb. Lakin Braziliyanın bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, bu olimpiadanın da favoriti hesab olunan Braziliya yığması dünyanın ən titullu komandası olsa da, olimpiya "qızıl"ını qazanmayıb. "Sambaçılar" indiyədək üç dəfə gümüş, üç dəfə bürünc medala sahib çıxıb. Meksika isə tarixində dördüncü dəfə qatıldığı olimpiadada ilk dəfə qızıl medal qazanıb.Xatırladaq ki,Meksikanın baş cadugəri Olimpiyanın final oyunlarında öz ölkəsinin braziyalılar üzərində 2:1 hesabı ilə qələbə çalacağını bildirmişdi.Öncəgörən Antonio Vaskes Alba deyib ki, braziliyalı həmkarlarının bütün bacarıqlarını zərərsizləşdirib.Vaskes London olimpiya oyunlarında Meksika yığma komandasının  qızıl qazanması üçün xüsusi ayin keçirib.Bununla belə o qeyd edib ki,f utbol meydançasında cadu ola bilməz  .İdmançılar öz  ustalıqlarına görə qələbə qazanmalıdırlar. O əmin edib ki, Meksika yığmasının başı üzərində dolaşan bütün qara qüvvələri kənarlaşdırmaq üçün bütün qüvvəsini sərf edib.Fala kart və ulduzları müşahidə ilə baxan gadugərin proqnozlarının 75-80 faiz düz çıxdığı bildirilir."OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31