Olimpiada-2012: Daha bir bürünc qazandıq

Bu gün London Olimpiadasının boks yarışlarında yarımfinal mərhələsinin görüşləri keçirilib 91 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov italiyalı Klemente Russo ilə qarşılaşıb. İlk iki raundda üstün olan və 9:6 hesabı ilə önə keçən idmançımız üçüncü hissədə təşəbbüsü əldən verib. Nəticədə son raundu Klemente Russo 9:4 hesabı ilə qazanıb və finala çıxıb.Teymur Məmmədov isə olimpiadanı bürünc medalla tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31