"Şiroki Brieyq" - "Qəbələ" matçının baş hakimi müəyyənləşdi
8 İyul 2014 12:16 İdmanAvropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 10-da keçiriləcək "Şiroki Brieyq" (Bosniya və Hersoqovina) - "Qəbələ" matçının idarə edəcək hakimin adı bəlli olub. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü slokakiyalı referi Vladimir Vnuk idarə edəcək. Oyuna Bakı vaxtı ilə saat 23:30-da "Peskara" stadioununda start veriləcək. Xatırladaq ki, "Qəbələ"də keçirilən ilk oyunda "Şiroki Brieyq" 2:0 hesablı qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31