Prandelli rəsmən "Qalatasaray"da
8 İyul 2014 12:14 İdmanÇezare Prandellinin "Qalatasaray"a keçidi rəsmiləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssislə iki illik müqavilə imzalanıb. O, İstanbul təmsilçisində illlik 2 milyon 295 min avro qazanacaq. Prandelli "Cim-Bom"u ölkə çempionu edəcəyi təqdirdə, 1 milyon dollarla mükafatlandırılacaq.
Qeyd edək ki, Ç.Prandelli bu gün yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 16:00-da) mətbuata təqdim olunacaq. Xatırladaq ki, Prandelli son olaraq İtaliya millisini çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31