FİFA-dan Cüneyt Çakıra mühüm təyinat

FİFA hakimi Cüneyt Çakır DÇ-2014-ün yarımfinal oyununa təyinat alıb. Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, türkiyəli referiyə Argentina - Hollandiya matçı həvalə olunub. Onun köməkçiləri Bahəddin Duran və Tarık Ongun olacaq.

Qeyd edək ki, C.Çakır bunda əvvəl, Əlcəzair - Rusiya və Braziliya - Meksika görüşlərini idarə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31