"Xəzər Lənkəran" Moskva CSKA-sı ilə qarşılaşacaq

"Xəzər Lənkəran"ın Avstriya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi Rusiyanın CSKA (Moskva) klubu ilə qarşılaşacaq. Oyun iyulun 18-də keçiriləcək. Matçın başlama saatı hələlik məlum deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31