"Atletiko" hazırlıqlara start verdi
7 İyul 2014 20:25 İdmanSon İspaniya çempionu "Atletiko" yeni mövsüm üçün hazırlıqlara start verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, məşqlərdə türk yarımmüdafiəçi Arda Turan da olmaqla, 14 futbolçu iştirak edib. Dünya çempionatında iştirak edən Koke, Xuanfran, Qodin, Kristian Rodriqes, Alderveyreld və Ximenesin qarşıdakı günlərdə təlim-məşq toplanışına qatılacağı bildirilib.
Qeyd edək ki, "Atletiko" avqustun 6-ı "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31