Prandelli sabah "Qalatasaray"la rəsmi müqavilə imzalayacaq
7 İyul 2014 20:15 İdmanİtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli sabah "Qalatasaray"la rəsmi müqavilə imzalayacaq. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Təcrübəli mütəxəssisin bu axşam Türkiyədə olacağı bildirilib. Ç.Prandelli sabah yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 16:00) isə "Türk Telekom Arena"da iki illik rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Ç.Prandelli İtaliya millisinin DÇ-2014-də uğursuz çıxışından sonra tutduğu vəzifəsindən istefa verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31