Yığmamızdan 5:1 hesablı qələbə

Azərbaycan milli komandası "Petroqrad" klubu ilə yoldaşlıq oyunu keçirib

Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası "Petroqrad" klubu ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 5:1 hesabı ilə millimizin xeyrinə başa çatıb. Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Zeynal Zeynalov, Orxan Məmmədov və Amid Nəzərov fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31