DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı bəlli oldu

İlk qarşılaşma iyul ayının 9-da gecə saat 01.00-da başlayacaq

Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatının yarımfinal oyunlarının başlama vaxtı və saatı bəlli olub.ANS PRESS-in məlumatına görə, ilk qarşılaşma iyul ayının 9-da gecə saat 01.00-da başlayacaq. Həmin vaxt Braziliya Almaniyanı sınağa çəkəcək.İyul ayının 10-da gecə saat 01.00-da isə Hollandiya Cənubi Amerikanın digər təmsilçisi Lionel Messinin komandası olan Argentinanı qəbul edəcək.

9 iyul
01:00. Braziliya - Almaniya

10 iyul
01:00. Hollandiya - Argentina

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31