Argentina 1/2 finalda
Topu oyunun 8-ci dəqiqəsində belçikalıların qapısından Gonzalo Higuain keçirib
6 İyul 2014 02:55 İdmanArgentina - Belçika matçı 1-0 Lionel Messinin komandasının qələbəsilə nəticələnib.
ANS PRESS-in məlumatına görə, Argentina millisi beləliklə öz adını 1/2 finala yazdırıb.
Bu mərhələdə cənubi amerikalılar Hollandiya - Kosta-Rika cütlüyünün qalibi ilə üz-üzə gələcək.
21.12
Bu gün Braziliyada keçirilən futbol üzrə DÇ-2014-ün 1/4 final mərhələsinə yekun vurulacaq.
ANS PRESS-in məlumatına görə, Bakı vaxtı saat 21.00-da başlayan Argentina - Belçika matçında oyunun 12-ci dəqiqəsi gedir, hesab 1-0 argentinalıların xeyrinədir.
Topu oyunun 8-ci dəqiqəsində belçikalıların qapısından Gonzalo Higuain keçirib.
Qeyd edək ki, bu günkü iki oyunla növbəti yarımfinalçılar bəlli olacaq.
1/4 final mərhələsinin oyunları:
5 iyul
21:00. Argentina - Belçika
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Brazilia. "Nasional" stadionu
6 iyul
01:00. Hollandiya - Kosta-Rika
Xatırladaq ki, 1/4 final mərhələsinin iki oyunu dünən baş tutmuşdu. Braziliya Kolumbiyanı 2:1, Almaniya isə Fransanı 1-0 hesabı ilə məğlub etmişdi.