Almaniya 1/2 finalda

Onu bu mərhələdə Braziliya - Kolumbiya cütlüyünün qalibi sınağa çəkəcək

 Fransa - Almaniya matçı 1-0 almanların qələbəsilə nəticələnib.ANS PRESS-in məlumatına görə, Almaniya millisi Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/2 finala vəsiqə qazanan ilk komanda olub. Onu bu mərhələdə Braziliya - Kolumbiya cütlüyünün qalibi sınağa çəkəcək.

21.13

Bu gün Braziliyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 21.00-da başlayan Fransa - Almaniya matçında 13-cu dəqiqə gedir, hesab 1-0 almanların xeyrinədir.

Qolu oyunun 12-ci dəqiqəsində Mats Hummels vurub.

Bu oyunu Argentinadan olan referi Nestor Pitana idarə edir.

Komandalar yaşıl meydançaya bu heyətlə çıxıblar:

Fransa: Lloris, Debuşi, Evra, Varan, Gabaye, Şako, Valbuena, Benzema, Qrizman, Matuidi, Poqba

Almaniya: Noer, Hövedes, Hummels, Xedira, Şvaynştayqner, Özil, Kloze, Müller, Lam, Kroos, Boatenq

Qeyd edək ki, gecə saat 01.00-da Braziliya millisi Kolumbiya ilə qarşılaşacaq.

5 iyul
01:00. Braziliya - Kolumbiya
Referi: Karlos Velasko (İspaniya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31