FİFA Nigeriya millisini cəzalandıra bilər
4 İyul 2014 20:15 İdmanFİFA Nigeriya milli komandasını cəzalandıra bilər. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna yerli hökümətin futbol federasiyasının İcraiyyə Komitəsinin bütün üzvlərini qovması və Lourens Katikeni təşkilatın rəhbəri təyin etməsi səbəb olub. Bu qərar Nigeriya yığmasının "DÇ-2014"ün 1/8 finalında Fransaya məğlubiyyətdən (0:2) sonra verilib.
Qeyd edək ki, Nigeriya yığması 2010-cu ildə də cəzalana bilərdi. Həmin vaxt komanda "DÇ-2010"nun qrup səddini adlaya bilmədiyi üçün yerli hökümət futbol federasiyasının rəhbərliyini vəzifədən azad etsə də, sonradan qərarını dəyişmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31