Kosta-Rika millisinə nə qədər mükafat vəd olundu?

Kosta-Rika yığmasının "DÇ-2014"də yarımfinala yüksələcəyi təqdirdə qazanacağı mükafatın məbləği müəyyənləşib. Qol.Az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, Kosta-Rika 1/4 finalda Hollandiya səddini keçərsə, 6 milyon dollar mükafat alacaq. Komanda 1/4 finala qədər artıq 14 milyon dollar qazanıb. Mundialın final mərhələsində iştirakına görə 9 milyon dollar, qrup mərhələsini adladığı üçün 1 milyon dollar, 1/4 finala yüksəldiyi üçün 4 milyon dollar qazanan Kosta-Rika yığması yarımfinala çıxacağı təqdirdə daha 6 milyon dollar məbləğində mükafatlandırılacaq.

Qeyd edək ki, Hollandiya - Kosta-Rika oyunu sabah, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31