"Juventus" Fernando Lorenteni alır?
10 Avqust 2012 17:27 İdmanİtaliyanın "Yuventus" klubu hücumçu axtarışlarını davam etdirir. qol.Az-ın "Tuttosport"a istinadən verdiyi məlumata görə, son İtaliya çempionu "Atletiko" (Bilbao) klubunun hücumçusu Fernando Lorenteyə "elçi" düşüb.
"Arsenal"dan Robin Van Persini transfer edə bilməyən "Yuventus" bütün diqqətini Lorenteyə yönəldib. Turin təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün 20 milyon avro ödəməyə hazırdır. Futbolçunun özü də "Yuventus"un təklifini müsbət qarşılayıb.
Qeyd edək ki, 2005-ci ildən "Atletik"in şərəfini qoruyan Lorente keçirdiyi 236 oyunda 79 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31