Vyetnamla Azərbaycan arasında Memorandum imzalandı
4 İyul 2014 15:32 İdmanGənclər və İdman Nazirliyi və Vyetnamın Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında idman sahəsində ikitərəfli Memorandum imzalanıb. "OLAYLAR"-ın xəbərinə görə, imzalanma mərasimi nazir Azad Rəhimov və nazir Hoang Tuan Ahn arasında baş tutub. Memoranduma nümayəndə heyətinin mübadiləsi, idman idarəçiliyi, idman təhsili, idman sahəsində texniki və proqram mübadiləsi daxildir. Eyni zamanda milli idman federasiyaları, idman təşkilatları arasında birbaşa əlaqələrin qurulması və dəstəklənməsi və digər tədbirlər də memorandumun əsas istiqamətlərindəndir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31