Hansı ölkə medala görə nə qədər mükafat verir? – SİYAHI
Olimpiya medalı qazanmış heç bir idmançı öz ölkəsində mükafatsız qalmır. Ancaq müxtəlif ölkələrdə bu mükafatların məbləği bir-birindən fərqlənir
10 Avqust 2012 16:58 İdmanXəbər verildiyi kimi, Azərbaycan Prezident İlham Əliyevin sərəncamı ilə Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların məbləği müəyyən edilib.
Bu məbləğlər aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
bəs digər ölkələrdə bu sahədə vəziyyət necədir?
AFR-də London Olimpiadasının qızılına görə hər bir idmançı "Doutsche Sporthilfe" alman idmançılarının dəstəklənməsi fondundan 15 min avro alacaqdır. Fondun idarə heyətinin sədri Mixael İlqner deyib: "Olimpiya oyunlarında varlanmaq üçün iştirak edənlər bizim sistemə yaraşmırlar".
Ancaq heç də bütün ölkələrdə idmançılara təmənnasızlıq keyfiyyəti aşılanmır. Əksər ölkələrdə hakimiyyət və şəxsi sponsorlar olimpiya qəhrəmanlarının mükafatlandırılmasına xəsislik etmirlər. Məsələn, Malayziyanın qızıl mədənlərindən birinin sahibi ölkə tarixində ilk olimpiya qızıl medalının sahibinə təxminən yarım milyon dollar qiymətində qızıl külçə vəd edib. Qazaxıstan öz olimpiya çempionlarının hər birinə 200 min avro ödəyəcəkdir.Braziliya futbolçuları da qalib gələcəkləri təqdirdə peşman olmayacaqlar. Məşhur Amerika üzgüçüsü Maykl Felps isə 4 il əvvəlki nəticəsini təkrar etsə, ümumiyyətlə, qızıla bürünəcəkdir. ABŞ-da üzgüçülərin hər qələbəsi üçün rəsmi mükafat 75 min dollardır. Dünya rekordu üçün isə ayrıca bonus nəzərdə tutulmuşdur. Pekin Olimpiadasında Felps 8 qızıl medal qazanmışdır.Şərqi Avropada da qaliblərin mükafatlandırılmasına simiclik etmirlər. Rusiya idmançıları hər qızıla görə 100 min avro alacaqlar. Belarus, Bolqarıstan və Litva idmançıları da təxminən bu məbləğə ümid bəsləyə bilərlər.Misir Londonun qızıl medalını 130 min avro, maliyyə böhranı keçirən İtaliya 140 min avro məbləğində qiymətləndirir. Belə çıxır ki, almanlar qızıl medal uğrunda "ictimai əsaslar"la mübarizə aparırlar.