Bu gün dünya çempionatının 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək
4 İyul 2014 13:14 İdmanBu gün futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Mundialın ilk yarımfinalçıları Rio-de-Janeyro və Fortaleza şəhərlərində müəyyənləşəcək. "Marakana" stadionunda favoritlərdən sayılan Fransa və Almaniya yığmaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. DÇ-nin digər yarımfinalçısı isə iki Cənubi Amerika təmsilçisinin görüşündən sonra bilinəcək. Fortaleza şəhərində reallaşacaq oyunda ev sahibi, beşqat dünya çempionu Braziliya və builki mundialda bütün oyunlarını qələbə ilə başa vuran Kolumbiya millisi qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 01:00-da "Kastelo" stadionunda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31