Toni Kroosdan "Real" açıqlaması

"Bavariya"nın futbolçusu Toni Kroos "Real"a razılığa gəldiyi ilə bağlı yayılan iddialara münasibət bildirib. Qol.Az-ın goal.coma- istinadən yaydığı xəbərə görə, almaniyalı oyunçu Münhen təmsilçisindən ayrılıb-ayrılmayacağı ilə bağlı qərarını DÇ-2014-dən sonra verəcəyini deyib: "Dünya çempionatı başa çatana qədər qərarımı verməyəcəyim. Hazırda "Bavariya"nın oyunçusuyam və heç bir klubla müqavilə imzalamamışam".

Qeyd edək ki, T.Kroosun "Real"la ilkin müqavilə imzaladığı iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31