Didye Deşam: "Almaniya millisindən qorxmuruq"
4 İyul 2014 11:59 İdman"Almaniya çox güclü və təcrübəli komandadıdır. Amma biz onlardan qorxmuruq. Futbolçularım üzərində təzyiq yoxdur. Meydana çıxıb qələbə qazanmağa çalışacağıq". Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2014-ün 1/4 finalında Almaniya ilə matç öncəsi deyib. O, indiyə kimi bu turnirdə yaxşı oyun nümayiş etdirdiklərini bildirib: "Hər mərhələdə daha güclü rəqiblə qarşılaşırıq. Nigeriya millisinə hörmət edirəm, amma Almaniya onlardan yaxşı komandadıdr. İndiyə kimi istədiyimiz nəticəni əldə etmişik. Rəqib 1/4 final, yarımfinallarda çox oynayıb. Buna görə də təcrübəlidirilər. Bütün bunlara baxmayaraq, Almaniya ilə matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31