Sərxoş idmançı olimpiya oyunlarından qovuldu

Belçika idmançısı olimpiya oyunlarından qovulub. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, idmançının qovulması həddindən artıq spirtli içki qəbul etməsilə bağlıdır. Belçika olimpiya velosipedçisi Qeys Van Xukke velotrek yarışlarında 15-ci yeri tutduğu üçün qəzəblənib və əsəblərini sakitləşdirmək üçün kafelərin birində həddindən artıq içki qəbul edib. Van Xukke o qədər içib ki, onu otelə yoldaşları yola salmalı olub. Həmin vaxt Belçika mətbuatının nümayəndələri bu hadisəni görüb və sərxoş idmançının şəkillərini çəkib qəzetlərdə dərc edib. Şəkillər təşkilatçılara çatdırılandan sonra bu barədə Belçika rəhbərliyinə məlumat verilib  və idmançı olimpiya oyunlarından qovulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31