FİFA dördüncü əvəzetməyə yaşıl işıq yandırır
3 İyul 2014 20:10 İdmanFİFA 2018-ci ildə keçiriləcək dünya çempionatında bəzi dəyişikliklər etməyi planlaşdırır. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumu növbəti mundialda matçın əlavə vaxtında komandalara dördüncü oyunçu dəyişikliyi etmək hüququnu verməyi düşünür. FİFA-nın nümayəndəsi Cerard Hulye bildirib ki, qurumun İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bu məsələ müzakirə olunacaq.
Qeyd edək ki, DÇ-2014-də indiyə kimi sonradan oyuna daxil olan futbolçular ümumilikdə 29 qol vurub. Bu nəticə isə dünya çempionatı tarixində yeni rekorddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31