"Qalatasaray" Prandelli ilə rəsmi danışıqlara başladı
3 İyul 2014 20:05 İdman"Qalatasaray"ı yeni mövsümdən İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli çalışdıra bilər. İstanbul klubu rəsmi saytı vasitəsi ilə italiyalı mütəxəssislə danışıqlara başladığını bildirib: "Qalatasaray" təcrübəli məşqçi Çezarə Prandelli ilə danışıqlara başlayıb. Danışıqların nəticəsi barədə məlumat verəcəyik".
Qeyd edək ki, Ç.Prandelli İtaliyanın DÇ-2014-də mübarizəni dayandırmasından sonra istefa verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31