Əlcəzair futbolçuları Braziliyada qazandıqları pulları Fələstinə bağışladılar

Əlcəzairin milli futbol komandasının oyunçuları Braziliyada keçirilən dünya çempionatından aldıqları premyaları Qəzza sakinlərinə bağışlayacaqlar. Komandanın hücumçusu İslam Sliman yoldaşlarının və özünün qərarını belə izah edib: "Onların bu pullara bizdən çox ehtiyacları var". Rusiya mətbuatının verdiyi məlumata görə, Qəzza sakinləri üçün yığılan pulların miqdarı 9 milyon dollardır. Qeyd edək ki, dünya çempionatı tarixində Əlcəzair ilk dəfə play-offa vəsiqə qazanan Afrika ölkəsi olub. "H" qrupunda yeri tutan Əlcəzair 1/8 finalda Almaniyaya 1:2 hesabı ilə məğlub olub. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31