"Mourinyo çox gec qaldı"

Milli.Az Goal.com-a istinadən xəbər verir ki, El Classico zamanı "Barcelona"nın baş məşqçisi Tito Vilanovanın gözünə barmağını soxan "Real" Madrid klubunun baş məşqçisi Jose Mourinyo etdiyi hərəkətdən peşmançılığını dilə gətirmişdi.

"Barcelona"nın ulduz müdafiə oyunçusu Dani Alves isə Portuqaliyalı məşqçinin üzr istəmək üçün çox gec qaldığını demişdi: "Davranışlarında dəyişikliyə getməsi gözəl bir hadisə. Ancaq bu qədər zaman sonra üzr istəmək mənasızdır. Mourinyo çox gec qaldı".

Braziliyalı futbolçu "Real Madrid"lə oyunla bağlı da fikirlərini bildirib: "Sakit olmaq məcburiyyətindəyik. Konsentrasiyanı itirməmək çox əhəmiyyətlidi. Ancaq bəzən futbolda hər şeyi idarə edə bilmirsiniz".

Qeyd edək ki, əzəli rəqiblər 23 avqustda Nou Kamp stadionunda qarşı-qarşıya gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31