Hollandiya millisinin futbolçusu Robin van Persi zədələnib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, zədə səbəbindən komandasının ümumi məşqini yarımçıq tərk edib. V.Persinin durumunun ciddi olub-olmadığı isə hələlik məlum deyil.
Qeyd edək ki, Hollandiya DÇ-2014-ün 1/4 finalında Kosta-Rika ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31