Dünya Çempionatının ölümlə nəticələnən qolu
Avtoqola imza atan oyunçuya 6 güllə vuran gözətçi, hər gülləni atanda “qol” qışqırırdı
3 İyul 2014 09:07 İdmanBraziliyada 20 il əvvəl qətlə yetirilən Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobarın xatirəsi anıldı. Eskobar ABŞ ilə oyunda avtoqol vurduqdan sonra vətənində narkokartelin gözətçisi tərəfindən 12 güllə alaraq qətlə yetirilib.Futbol tarixinin ən faciəli qolu 1994-cü il İyunun 22-də baş verib. ANS PRESS-in məlumatına görə, qrup mərhələsinin ikinci tur matçında ABŞ ilə oyun zamanı Kolumbiya yığmasının kapitanı Andres Eskobar ötürmənin qarşısın almaq istərkən öz qapısına qol vurur. Bunun nəticəsində komandası uduzaraq pley-offa çıxışından məhrum olur. Oyunçu vətəninə qayıytdıqdan bir neçə gün sonra gecə klublarının birinin yanında olan maşın dayanacağında gözətçi tərəfindən qətlə yetirilir. Qətli törədən Umberto Kastro Munyos Qalyon qardaşlarının narkokartelinin gözətçisi olur.Həmin gecə qardaşlar da klubda olublar. Fərziyyəyə görə qardaşlar Eskobarın qoluna görə totalizatorda külli miqdarda pul uduzmuşdu. Munyos isə özünün bu hərəkətinin emosiyalardan irəli gəldiyini deyir. Munyos futbolçuya 6 güllə ataraq hər dəfə "qol" deyə qışqırırdı. O 43 il azadlıqdan məhrum edilir, lakin 2005-ci ildə 11 il sonra yaxşı davranışa görə azadlığa buraxılıb. Qalyon qardaşları isə qətldə iştraklarına görə həbs edilidi. Lakin 3 ay türmədə yatdıqdan sonra zaminə pul qoyaraq azadlığa buruxılıblar.Andress Eskobarın qvtoqoldan sonra "Həyat bununla bitmir" sözü bu günə kimi vətənində deyimlər sırasındadır.Çərşənbə axşamı Rio-de-Janeyroda "Andres Eskobarsız 20 il: Həyat bununla bitmir" adlı tədbir keçirilib. Tədbirdə Eskobara həsr edilən sənədli film nümayiş etdirilib.