"Qalatasaray"dan şok transfer
Türkiyə klubu argentinalı futbolçu Anxel Di Mariyanı almağı hədəfləyib
2 İyul 2014 15:56 İdmanTürkiyənin "Qalatasaray" klubu hollandiyalı futbolçu Sneyderin yerini argentinalı "sürət maşını" Anxel Di Mariya ilə doldurmağı planlaşdırır. Klubun İdarə Heyətinin toplantısında qərara alınıb ki, 30 yaşlı Sneyderi sataraq onun yerinə 26 yaşlı Di Mariya alınsın. Sneyder ilə hazırda İngiltərənin "Mançester Yunayted" və Fransanın "Monako" klubları maraqlanır. "Qalatasaray" hollandiyalı futbolçunu bu klublardan birinə 26 milyon avroya satmaq niyyətindədir. Onun yerinə isə İspaniyanın "Real Madrid" klubunun oyunçusu Di Mariyanı transfer etməyi hədəfə alıb.
Qeyd edək ki, "Real Madrid"in Di Mariyanın yerinə kolumbiyalı futbolçu Ceyms Rodriqezi transfer etmək istədiyi bildirilir.