Benzema: "Hər oyundan əvvəl "Quran"ı dinləyirəm"
2 İyul 2014 15:15 İdmanFransa millisinin müsəlman futbolçusu Kərim Benzema Ramazan ayında oruc tutduğunu açıqlayıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, DÇ-2014-ün 1/8 finalının Nigeriya matçında oruc tutaraq meydana çıxdığını deyib. Benzema onu da bildirib ki, hər oyun öncəsi "Quran"ın surələrini qulaqcıqla dinləyir: "Quran" Allahın kitabıdır. Quranın surələrində çox mənalı fikirlər var. Hər qarşılaşmanın başlamasına on dəqiqə qalmış qulaqcıqla Quranın sürələrini dinləyirəm. Bu, mənə rahatlıq verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31