"Yuventus"un futbolçusu əməliyyat olundu

İtaliya millisinin və "Yuventus" klubunun zədəli futbolçusu Andrea Barzaqli əməliyyat olunub. Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, "Yuventus"un həkimi Fabrizio Tencone 33 yaşlı müdafiəçinin əməliyyatının uğurlu keçdiyini deyib. Lakin Tencone A.Barzaqlinin tam sağalmasının üç ay çəkəcəyini bildirib.

Qeyd edək ki, təcrübəli futbolçu 2011-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31