Di Mariya: "Layiqli qələbə qazandıq"

Argentina millisinin futbolçusu Anxel di Mariya DÇ-2014-ün 1/8 finalında İsveçrəyə qalib (1:0) gəldikləri matçı şərh edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandasının qələbə qolunu vuran 26 yaşlı yarımmüdafiəçi yaxşı oyun nümayiş etdirdiklərini deyib: "Sadəcə mən yox, komandada 23 qəhrəman var. Əlimizdən gələnin ən yaxşısı etdik. Bu cür matçların çətin keçəcəyini bilirdik. Qol vurmaq üçün çox fürsətimiz oldu. Layiqli qələbə qazandığımızı düşünürəm. Komandamın qələbə qolunu vurmağı çox istəyirdim.  Qolumu mənə hər zaman dəstək olan qızımı və həyat yoldaşıma həsr edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31