Mark Vilmots: "Qələbə qazanmağa layiq idik"
2 İyul 2014 12:18 İdman"Fərqlənmək üçün ən azı 15 qol epizodumuz oldu. Ancaq rəqib komandanın qapıçısı Tim Hovard buna imkan vermədi. Futbolçularım sona qədər mübarizə apardılar. Qələbə qazanmağa layiq idik və bunu bacardı". Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Belçika millisinin baş məşqçisi Mark Vilmots DÇ-2014-ün 1/8 finalında ABŞ-a qalib (2:1) gəldikləri matçdan sonra deyib. O, sonradan oyuna daxil olan futbolçusu Romelu Lukaku haqda da danışıb: "Lukaku son zamanlar çox tənqid olundu. Ancaq o, ABŞ-la matçda özünü yaxşı tərəfdən göstərdi. Hücumçuları çox zaman qol vurmadıqlarını üçün tənqid edirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31