Argentina 1/4 finalda

Argentina - İsveçrə matçında hesab dəyişib. 1-0.

ANS PRESS-in məlumatına görə, qolu isveçrəlilərin qapısından oyunun 118-ci dəqiqəsində Angel Di Maria keçirib.

Qeyd edək ki, vurulan qolda Lionel Messinin böyük əməyi olub. O, topu meydanın mərkəzindən götürərək Di Mariaya məhsuldar ötürmə edib.

21.00

Bu gün keçiriləcək iki oyunla "DÇ-2014"ün 1/8 final mərhələsinə yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 21.00-da başlayan Argentina - İsveçrə matçında 10-cu dəqiqəgedir, hesab açılmayıb.

Komandaların start heyətləri belə müəyyənləşib:

Argentina: Romero, Qaray, Zabaleta, Gago, Di Maria, İquain, Messi, Maskerano, Rojo, Fernandes, Lavezzi

İsveçrə: Benaglio, Lixtşteyner, İnler, Xhaka, Behrami, Rodriqes, Mehmedi, Drmiç, Djiru, Schar, Şakiri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31