Mourinyo: "Yarımfinalda sürpriz komandalar görmək istəyirəm"

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo yenidən maraqlı fikirləri ilə diqqət çəkib. "Goal.com"a danışan portuqaliyalı mütəxəssis "DÇ-2014"ün finalında sürpriz komandaları görmək istədiyini bildirib: "Yarımfinalda Argentina, Almaniya, Braziliya və Hollandiya yığmaları qarşılaşsalar, bu, sürpriz olmayacaq. Ancaq mən mundialın yarımfinalında gözlənilməz cütlüyün olmağını istəyirəm. Favorit komandalar belə mərhələlərdə böyük təzyiqin öhdəsindən gələ bilirlər. Dünən bunu Almaniya yığmasının timsalında gördük. Onların yüksək səviyyəli və istedadlı futbolçular var. Alman futbolçular böyük turnirlərdə heç nədən qorxmadan mübarizə aparırlar". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31