Taekvandoçumuz Olimpia çempionunu məğlub etdi

Ramin Əzizov amerikalı Stiven Lopesə qalib gəlib

Bu gün London Olimpiadasında taekvandoçuların mübarizəsinə start verilib. ANS PRESS-in məlumatına görə, taekvandoçularımızdan ilk olaraq Ramin Əzizov (80 kq) mübarizəyə başlayıb. Təmsilçimiz ilk döyüşündə güclü rəqib olan ABŞ idmançısı Stiven Lopeslə qarşılaşıb.Döyüşün ilk hissəsi ABŞ idmançısının 1:0 hesablı qələbəsilə yekunlaşıb. İkinci hissə isə həmyerlimizin qələbəsilə yekunlaşıb. Ramin Əzizov beşqat dünya və ikiqat Olimpia çempionu qarşısında hissəni 2:1 hesablı qələbə ilə başa vurub. Son hissədə isə 3:2 hesablı qələbəsi qeydə alınıb.Ümumi hesabda qalib gələn idmançımız növbəti mərhələyə vəsiqə qazanı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31