Fransa və Almaniya 1/4-də görüşəcək
Bu oyunun qalibi özünü yarımfinalda Braziliya və Kolumbiya oyunun qalibi ilə sınayacaq
1 İyul 2014 09:28 İdmanBraziliyada keçirilən dünya çempionatında daha bir 1/4 finalçı məlum oldu. Fransa yığması Nigeriyanı 2:0, Almaniya isə Əlcəzairi 2:0 yenərək bir-birini özlərinə rəqib etdilər.İki favorit komandalar arasında görüş Bakı vaxtı ilə bu axşam saat 21:00-da Rio-de-Jenyronun məşhur Marakana stadionunda olacaq.Bu oyunun qalibi özünü yarımfinalda Braziliya və Kolumbiya oyunun qalibi ilə sınayacaq.Qeyd edək ki, yarımfinalın daha bir məşhur cütlüyü Hollandiya - Kosta-Rikadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31