DÇ 2014: Fransa Nigeriyaya, Almaniya Əlcəzairə qarşı
30 İyun 2014 19:38 İdmanBraziliyada keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin oyunları davam edir. Lent.az-ın xəbərinə görə, bu gecə keçiriləcək daha iki matçla növbəti 1/4 finalçıların kimliyinə aydınlıq gələcək. Saat 21.00-da birinci olaraq Fransa və Nigeriya yığmaları qarşılaşacaq. Saat 01.00-da isə təcrübəli Almaniya yığması Əlcəzairi sınağa çəkəcək. Artıq Braziliya, Kolumbiya, Hollandiya və Kosta-Rika yığmaları 1/4 finala vəsiqəni təmin edib.
30 İyun
21:00. Fransa - Nigeriya
01:00. Almaniya - Əlcəzair
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31