"Qəbələ" - "Şiroki Briyeq" matçının hakimləri müəyyənləşdi

UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində iyulun 3-də Qəbələ şəhərində keçiriləcək "Qəbələ" - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) oyununu idarə edəcək hakimlər müəyyənləşib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı görə, görüş qazaxıstanlı hakim Arton Kuçinə həvalə olunub. Ona Yengeni Belski və Rustam Suyunov kömək edəcək. Dördüncü hakim isə Denis  İzmayılov olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31