Mourinyo: "Suares bu cəzaya layiq idi"
30 İyun 2014 13:33 İdman"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Uruqvay millisinin hücumçusu Luis Suaresin FİFA tərəfindən cəzalandırılmasına münasibət bildirib. "Yahoo Sport"a danışan portuqaliyalı mütəxəssis Suaresin bu cəzaya layiq olduğunu deyib: "Futbolda oyunçular və məşqçilər üçün müəyyən qaydalar var ki, ondan kənara çıxmaq olmaz. Mənim də zaman-zaman intizamsız hərəkətlərim olub, ancaq həddimi bilmişəm. Suares isə artıq üçüncü dəfə eyni hərəkəti etdi. Düşünürəm ki, o, bu cəzaya layiq idi".
Qeyd edək ki, Suares İtaliya ilə oyunda (1:0) rəqib müdafiəçi Corcio Kyellininin çiynini dişlədiyi üçün 4 aylıq futboldan kənarlaşdırılıb. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31