Yunanıstanın baş məşqçisi: "1/4 finala yüksələ bilərdik"

"Bizim üçün çox pis gün oldu. 1/4 finala yüksələ bilərdik. Əlavə vaxtda yorğun olduğumuz üçün istədiyimiz kimi oynaya bilmədik və qalib penaltilərlə müəyyənləşdi. Futbolçularım qələbə qazanmaq üçün çox çalışdı". Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Yunanıstan millisinin  baş məşqçisi Fernandu Santuş "DÇ-2014"də Kosta-Rikaya penaltilər seriyasında məğlub (1:1, penaltilər seriyası: 3:5)  olduqları oyundan sonra deyib. 59 yaşlı mütəxəssis görüşün hakimini onu tribunaya göndərməsinin səbəbini anlamadığını bildirib: "Hakimə bəzi fikirlərimi dedim. Oyunçularıma dəstək olmaq üçün meydana daxil oldum. Eyni şeyi rəqib də etdi, ancaq məni tribunaya göndərdilər". F.Santuş istefa verib-verməyəcəyi haqda da danışıb: "Burada çalışdığım dörd il ərzində bir çox uğur əldə etdik. Yunanıstan millisində işlədiyim üçün qürur duyuram.  Ancaq komandadan ayrılb-ayrılmayacağım haqda indi bir şey deməyəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31