Hollandiyadan əzmkar qələbə
Meksika son dəqiqələrdə qələbəni əldən verdi
30 İyun 2014 08:50 İdmanBraziliyada futbol üzrə XX dünya çempionatı davam edir.ANS PRESS-in məlumatına görə, mundialın pley-off mərhələsi çərçivəsində Fortaleza şəhərindəki "Kastelao" stadionunda Hollandiya və Meksika milli komandaları qarşılaşıblar. Oyunun ikinci hissəsinin əvvəlində Meksika hesabda önə çıxsa da, avropalılar oyunun son dəqiqələrində geri dönüş edə biliblər. Belə ki, oyunun 88-ci dəqiqəsində Sneyder komandasının bərabərlik qolunu vurub. Oyuna əlavə dəqiqələrdə isə Holandiya penalti zərbəsindən qələbə topunu vurmağı bacarıb.Qeyd edək ki, oyunu portuqaliyalı baş hakim Pedro Proenca idarə edib.Hollandiya - Meksika - 2:1
Qollar: Dos Santos, 48 (0:1), Sneyder, 79 (1:1), Huntelar, 90+4-pen. (2:1
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31