Avropa nəhəngləri nədən büdrədi-ŞƏRH

Ölkə və qitə yarışları futbolçuların enerjisini tükədib

Futbol üzrə 20-ci dünya çempionatı öz baxımlı oyunları ilə mundialların bəzəyinə çevrilmiş Avropa yığmalarının uğursuzluqları ilə yadda qaldı. Əksinə, Şimali Amerika və Afrika təmsilçilərinin parlaq oyunları ilə diqqəti çəkməyi bacardılar. Cənubi Amerikanın  Uruqvay, Çili, Kolumbiya kimi ölkələrinin komandaları da ənənəvi favoritlərə həyəcan yaşatmağa bacardılar. Avropanın ənənəvi futbol ölkələrinin komandalarının uğursuz çıxışı ciddi müzakirə mövzusuna çevrildi. Bir sıra futbol şərhçiləri bunu Avropa futbolunun böhranı kimi xarakterizə etdilər. Qeyd edək ki, oxşar fikirlər 2002-ci ildə dünya çempionu Fransa qrupda qalarkən də səslənmiş, 2010-cu ildə CAR-da keçirilən mundialda Argentinanın baş məşqçisi əfsanəvi Diyeqo Maradona tərəfindən də təkrar edilmişdi. 2002-ci il çempionatında 4 Avropa komandası (onlardan 3-ü yarımfinalda oynadı, o cümlədən Türkiyə millisi), cəmi 1 Cənubi Amerika komandası 4\1-ə vəsiqə qazanmışdı. 2010-cu il dünya çempionatının yarımfinalına 3 Avropa komandası çıxmış, ikisi (İspaniya, Hollandiya) finalda oynamış, biri isə (Almaniya) üçüncü yer uğrunda matçda Uruqvayı yenmişdi. Türklərin təbitrincə, böyük laf etmiş Maradonanın komandası isə 4\1-də Almaniyaya böyük hesabla-4:0 məğlub olaraq evə yollanmışdı.20-ci mundialda futbol konfederasiyaları üzrə təmsilçilik belə idi:Avropa-13 ölkəCənubi Amerika-6 ölkəŞimali Amerika- 4 ölkəAfrika-5 ölkəAsiya-4 ölkəQitələr üzrə 4\1 mərhələsinə çıxmış komandaların sayına görə ən yaxşı nəticə Cənubi Amerikaya məxsusdur. 6 komandadan 5- qrup mərhələsinə aşaraq 4\1- vəsiqə qazandı. Avropanın 13 komandasından 6-ı (sayca Cənubi Amerika komandalarından çox olsa da, bu, ələnən komandaların sayına görə aşağı nəticədir)  4\1-də oynamaq hüququ qazandı. Afrika təmsliçilərindən 2-i, Şimali Amerika təmsilçilərindən isə 3-ü mundialın pley-off mərhələsinə keçid hüququ əldə edə bildilər.Asiya təmsilçilərindən heç biri qrupdan çıxa bilmədi. Mundilanın favoritləri arasında Cənubi Amerika təmsilçilərinin adı  daha çox çəkilir. Ancaq Avropa təmsilçilərini də gözardı etmək düzgün deyil. Güclü heyətə, Sneyder, Robben kimi sürətli hücumçulara malik, bütün mundiallardan atədən baxımlı oyun sərgiləyən Hollandiyanı nəzərdə qaçırmaq olmaz. Almaniya, yüksəliş mərhələsini yaşayan Belçika, gənc və güclü heyətə malik Fransa yığmasının daha yüksək nəticələr göstərəcəyinə ümidlər çoxdur. Avropanın mundialada uğursuz çıxış etmiş İspaniya, İngiltərə, İtaliya, Portuqaliya kimi nəhəng komandalarına gəlincə, onların göstərdiyi nəticəni bütövlükdə Avropa futbolunun böhran keçirməsi kimi şərh etmək doğru olmazdı. Bir nüansı diqqətdən qaçırmayaq ki, Braziliya, Argentina, Çili, Kolumbiya, Uruqvay yığmalarının əsas oyunçuları Avropa liqalarında top qovur. Onların uğurlu çıxışı "Avropada futbolun böhran keçirmədiyini" göstərən əsas sübutdur. Fikrimizcə, İngiltərə komandasının uğursuzluğu heyətin yenilənməməsi ilə daha çox bağlıdır. Portuqaliya, İspaniya yığmasının uğursuzluğunun əsas səbəbi isə ölkədaxili və Avropa miqyaslı oyunlardan həddən artıq enerji itirən futbolçuların yorğunluğudur. Yuxarıda misal çəkdiyimiz Fransa yığması 2008-ci ildə çempion olmuş, 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən mundilada qrupdan çıxa bilməmiş, 4 il sonra keçirilən dünya çempionatında finala çıxmışdı. Fransa yığması hazırkı dünya çempionatında da uğurla çıxış edir və mükafatçılar sırasına çıxmağa əsas namizəddir. Yəqin ki, Avropanın mudialda qalan komandaları uğurlu çıxışları "Avropa fubtolu böhran keçirir" fikrini növbəti dəfə boşa çıxaracaq. Mundialı erkən tərk etmiş yığmalar yəqin ki, uğursuzluğun səbəblərini axtaracaqlar. Ancaq bu səbəblər arasında futbolçuların enerjisni tükədən ölkə və qitə birinciliklərinin sıx qrafiki də nəzərdən keçirilsə pis olmaz.

Elman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31