ABŞ millisi dünya çempionu olacaq?

Belə iddia ilə ABŞ prezidenti Barak Obama çıxış edib

ABŞ yığması Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qalibi ola bilər.ANS PRESS-in məlumatına görə, prezident Barak Obama deyib ki, ABŞ yığmasının dünya çempionu olmaq üçün şansı var. "Dünya çempionatının növbəti oyununda ABŞ yığmasının qalib kimi ayrılmasını istəyirəm. Bizim çempion olmaq şansımız hələ də qalır", - deyə Barak Obama bildirib.Qeyd edək ki, DÇ-2014-ün 1/8 final mərhələsində iyulun 2-də ABŞ və Belçika yığmaları üz-üzə gələcək.ABŞ qrup oyunlarında Qana yığmasını 2:1 hesabı ilə məğlub etsə də Portuqaliya millisi ilə heç-heçə (2:2) oynamışdı. Sonuncu oyununu Almaniya millisi ilə keçirən ABŞ yığması 0:1 hesabı ilə uduzsa da 4 xalla qrupdan çıxmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31