Çili 120-ci dəqiqədə qalibiyyəti belə qaçırdı VIDEO
Sambaçıları qapı dirəyi məğlubiyyətdən qoruyub
29 İyun 2014 09:50 İdmanBraziliyada təşkil olunmuş futbol üzrə XX dünya çempionatı səkkizdəbir final mərhələsinin ilk oyununda qarşı-qarşıya gələn Braziliya Çili görüşündə sambaçıların son anda bəxti gətirib.
ANS PRESS-in məlumatına görə, Braziliyanı axırıncı dəqiqədə qapı dirəyi məğlubiyyətdən qoruyub.
FIFA 2014 Dünya Çempionatının 2-ci turunun ilk oyununda ev sahibi Braziliya çətinlik çəkdiyi mübarizədə Çilini yalnız penalti zərbələrində keçə bilib və adını 4/1 finala yaza bilib.
Penaltilərın sonunda 4-3 sambaçıların üstünlüyü ilə bitən qarşılaşmanın ən əsas anı uzatma vaxtının son dəqiqəsində (120-ci dəqiqə) olub və oyunun taleyini dəyişib. Hesab 1-1 olduğu vaxt çilili Maurisio Pinillanın zərbəsi qapı dirəyindən qayıdır. Bu vəziyyətdən sadəcə bir dəqiqə sonra görüşün hakimi vaxtın bitdiyini elan edib.
Qeyd edək ki, əgər bu pozisiya qol ilə bitsəydi, Braziliyalılar məğlub olacaqdı.