Kolumbiya Uruqvayı evinə göndərdi

 Dünya Çempionatının 8/1 mərhələsində növbəti oyun başa çatdı.

ANS PRESS-in məlumatına görə, Uruqvay yığmasını 2:0 hesabı ilə məğlub edən Kolumbiya millisi 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Suaresin də olmadığı Uruqvay komandasını Kolumbiya çox əziyyət çəkmədən məğlub edib. Oyunda hər iki qolu 28 və 50-ci dəqiqələrdə Xames Rodriqes vurub. Rodriqesin hər iki qolu təqdirəlayiq olub. Qollardan birini də 25 metr məsafədən vuran usta bombardir, artıq qol sırasında Messi, Neymar və Mülleri də keçib.

Qeyd edək ki, Neymarla Xamesin görüşü, bu beşinci gün dörddə bir finalda Braziliya Kolumbiya mübarizəsində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31