Braziliya növbəti mərhələdə
Vurulan penaltilərdə hesab 3-2 braziliyalıların xeyrinə olub
29 İyun 2014 09:43 İdmanBraziliya-Çili oyununun taleyini penaltilər həll edib.
ANS PRESS-in məlumatına görə, vurulan penaltilərdə hesab 3-2 braziliyalıların xeyrinə olub. Penaltilərdə Braziliyanın 2, Çilinin isə 3 futbolçusu topu qapıdan keçirə bilməyib. Mauricio Pinilla (Çili), Willian (Braziliya), Alexis Sanchez (Çili), Hulk (Braziliya) və Gonzalo Jara (Çili) komandalarını sevindirməyib.
22.57
Braziliya-Çili oyununun əsas vaxtı başa çatıb: 1:1.
ANS PRESS-in məlumatına görə, əlavə edilmiş 30 dəqiqədə qapılara top vurulmasa, oyunun taleyini penaltilər həll edəcək.
Futbolçulara verilən sarı vərəqələrin hesabında da bərabərlik qeydə alınıb: 2-2.
21.33
Braziliya-Çili matçında hesab dəyişib: 1-1.
ANS PRESS-in məlumatına görə, topu Braziliya komandasının qapısından 32-ci dəqiqədə çilili Alexis Sanchez vurub.
21.22
Braziliya-Çili matçında hesab dəyişib: 1-0.
ANS PRESS-in məlumatına görə, topu Çili komandasının qapısından 18-ci dəqiqədə braziliyalı David Luiz keçirib.
21.13
Braziliyada təşkil olunmuş futbol üzrə XX dünya çempionatında səkkizdəbir final mərhələsinin ilk oyunu keçirilir.
ANS PRESS-in məlumatına görə, Belu Orizonti şəhərindəki "Mineyran" stadionunda Bakı vaxtı saat 21.00-da başlayan Braziliya-Çili matçında oyunun 13-cü dəqiqəsi gedir, hesab açılmayıb.
Qeyd edək ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edir. Baş hakim Hovard Uebə Mixael Mullarkey və Darren Kann kömək edirlər.
Bu oyunda üstün olan komanda dörddəbir finalda Kolumbiya - Uruqvay qarşılaşmasının qalibi ilə görüşəcək.