Vaqif Cavadov Türkiyə klubuna keçdi
27 İyun 2014 18:26 İdmanMövsümün sonunda "İnter"lə müqaviləsi başa çatan Vaqif Cavadovun yeni ildə oynayacağı komandanın adına aydınlıq gəlib. Apasport.az saytının xəbərinə görə, yığmamızın 25 yaşlı hücumçusu Türkiyənin I liqasında mübarizə aparan "Qaziantep BB" klubunda forma geyinəcək. Bu barədə komandanın mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz məlumat verib. O, Cavadovla 2 illik müqavilə bağladıqlarını deyib: "Heyətimizə Azərbaycan yığmasının əsas üzvü olan Vaqif Cavadovu qatdıq. O, 2009-cu ildə ölkəsinin ən yaxşı futbolçusu seçilib. 25 yaşlı futbolçunun komandamıza xeyirli olacağını düşünürəm".
Qeyd edək ki, ötən mövsüm Azərbaycan millisinin daha bir üzvü Ufuk Budak "Qaziantep BB"də oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31